Azərbaycanlı tələbənin ABŞ Universitetinin jurnalında müsahibəsi dərc olunub

16.09.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycanlı tələbə Aytac Adıgözəlova Amerika Birləşmiş Ştatlarının (ABŞ) Texas A&M International Universitetində (TAMIU) mübadilə proqramı ilə təhsil aldığı müddət ərzində həmin ali təhsil müəssisəsinin rəqəmsal və çap nəşri olan “DustyNation” jurnalı ondan yazı dərc edib.

AZƏRTAC xəbər verir ki, tələbənin mübadilə proqramı, ölkəmiz və ADA Universiteti haqqında verdiyi məlumatlar “Dustynation” jurnalının “The Bridge” bölməsində dərc olunub.

Aytac Adıgözəlova Texas A&M International Universitetində mübadilə proqramının iştirakşısı olan beynəlxalq tələbələr arasında bütün fənlər üzrə ən yüksək qiymətlə 4 GPA (100%) məzun olub və ona ictimai fəallığına görə həmin ali təhsil müəssisəsinin beynəlxalq şöbəsinin diplomu verilib.

Qeyd edək ki, Aytac Adıgözəlova ADA Universitetinin tələbəsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью