Azərbaycanlı təqaüdçülər 4 şəhərdə aksiya keçirdiər

21.10.2025

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Oktyabrın 20-də İran Telekommunikasiya Şirkətinin Həmədan, Təbriz, Urmiya və Zəncan şəhərlərindəki təqaüdçüləri yenidən ənənəvi həftəlik etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu barədə işçi hərəkatı fəalları məlumat yayıb.

Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.

Qeyd edək ki, təqaüdçülərin etiraz aksiyası tələbləri təmin olunmadığına görə 3 ildən çoxdur hər həftə keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью