Azərbaycanlı təqaüdçülər yenidən etiraz eyləmi keçirdilər

06.05.2025

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

İran Telekommunikasiya Şirkətinin zəncanlı, həmədanlı və təbrizli təqaüdçüləri mayın 5-də yenidən ənənəvi həftəlik etiraz eyləmi keçiriblər.

Gunaz.tv

Bu barədə Azad İşçilər Birliyi məlumat yayıb.

Məlumata görə, təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.

Adı çəkilən Azərbaycan şəhərləri ilə yanaşı İranın başqa 9 şəhərində də təqaüdçülər oxşar aksiya keçiriblər.

Qeyd edək ki, təqaüdçülərin 3 ildən çoxdur eyni tələblərlə aksiya keçirmələrinə baxmayaraq problemləri həll olunmamış qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью