Azərbaycanlı turistlər Gürcüstana 169 mln. dollar qazandırıb

21.10.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin ilk doqquz ayında Gürcüstan Azərbaycandan olan turistlərdən 169 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasından bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə gəlir 32,8% və yaxud 41,8 milyon ABŞ dolları artıb.

Hesabat dövründə Gürcüstan beynəlxalq turizmdən rekord səviyyədə - 3,6 milyard ABŞ dolları həcmində gəlir əldə edib ki, bu da ötən ilin analoji göstəricisindən 5,1% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı illik müqayisədə 34,9% artaraq 220 168 nəfər təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью