Azərbaycanlı turistlər Misirdə qəzaya düşdü

14.11.2025

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misirdə Əl-Quseyr və Marsa Alam kurortları arasındakı yolda turistlərin olduğu mikroavtobus qəzaya uğrayıb.

"Yeni Sabah" "An-Nahar"a istinadla xəbər verir ki, mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində 1 Misir vətəndaşı ölüb, 5 rusiyalı və 2 Azərbaycan vətəndaşı daxil olmaqla, 7 nəfər xəsarət alıb. 

Yaralılar Əl-Quseyr mərkəzi xəstəxanasına çatdırılıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью