Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Ötən il 1 milyon 280 min 787 nəfər Azərbaycan vətəndaşı turizm məqsədi ilə xarici ölkələrə səfər edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricə səfər edən Azərbaycan vətəndaşları getdikləri ölkələrdə 2 milyard 33,6 milyon manat xərcləyiblər.
Açıqlanan məlumatlardan da göründüyü kimi, bir nəfərə düşən orta xərc 1 588 manat olub.
Müqayisə üçün bildirək ki, 2024-cü ildə azərbaycanlı turistlər xaricdə daha çox pul xərcləyiblər. Belə ki, 2024-cü ildə bir nəfərə düşən orta xərc 1 625 manat olub.
Elnur Əli