Azərbaycanlı və erməni qanuni oğru lar saxlanıldı

18.06.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Moskvada 1990-cı illərdən bəri ilk dəfə “qanuni oğrular”ın iştirak etdiyi ad günü məclisinin qarşısı alınıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın kriminal aləmi üzrə ixtisaslaşmış “Prime Crime” agentliyi məlumat yayıb.

Məlumata görə, kriminal aləmdə “Suren Andijanski” kimi tanınan erməni əsilli Suren Tavadovun yubiley mərasimi Moskva yaxınlığındakı restoranlardan birində keçirilib. Tədbir hüquq-mühafizə orqanlarının diqqətindən yayınmayıb.

Bildirilib ki, mərasimdə kriminal aləmdə tanınan "Diplomat Vaqif" ləqəbli azərbaycanlı "qanuni oğru" Vaqif Süleymanov və "Torçik" ləqəbli Nuqzar Torçinava da iştirak ediblər. Polis tərəfindən sorğu-sual zamanı iştirakçılardan heç biri özünü “qanuni oğru” kimi təqdim etməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью