Azərbaycanlı voleybolçu Braziliyada ən məhsuldar OYUNÇUDUR

26.12.2024

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Braziliya liqasının ən effektli hücumçusu olmaqda davam edir.
Bizim.Media xəbər verir ki, "Osasko"nun üzvü hazırda çempionatın ən məhsuldar oyunçuları siyahısına başçılıq edir.
Uğurlu hücumların faizini əks etdirən göstəricilərə görə, Polina 38,55 faiz göstərici ilə birinci yerdədir. Sonrakı yerdə “Praia”nın hücumçusu Karol Qattas (38,07%) qərarlaşıb, ilk üçlüyü isə "Minas"lı Taisa (36,9%) tamamlayır.
Qeyd edək ki, "Osasko" hazırda müntəzəm çempionatda 2-ci yerdədir.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью