Azərbaycanlı voleybolçu Rumıniya çempionatının finalında

24.03.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanlı voleybolçu Aleksandr Melnikov “Korona Braşov”un heyətində Rumıniya çempionatının finalına yüksəlməsində müstəsna rolu olub.

İdman.biz xəbər verir ki, yarımfinal seriyasında iki qələbə qazanan komanda matçların hər birində “Krayova”nı 3:1 hesabı ilə məğlub edib.

“Korona Braşov”un finala vəsiqəsini təmin edən ikinci görüşdə Melnikov 21 xal toplayaraq bombardir olub.

Qeyd edək ki, cari mövsümü ikinci pillədə başa vuran Melnikovun klubu finalda Buxarest “Dinamo”su ilə qarşılaşacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью