Azərbaycanlı voleybolçular Serbiyada təlim məşq toplanışı keçəcəklər

10.06.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 10 iyun, AZƏRTAC

Bir neçə aydan sonra Serbiyada fəaliyyətə başlayacaq Milli Voleybol Mərkəzinə azərbaycanlı idmançıları dəvət edəcəyik.

Bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsi zamanı Serbiyanın idman naziri Zoran Qayiç deyib.

Nazir qeyd edib ki, bu mərkəz kişilər və qadınlar daxil olmaqla, bütün kateqoriyalardan olan idmançıların təlim-məşq prosesində iştirakına imkan yaradacaq: “Beləliklə, azərbaycanlı dostlarımızı qəbul edə, onların bizimlə birgə məşq etməsinə və təcrübə mübadiləsi aparmasına şərait yarada biləcəyik. Ümid edirəm ki, bu, çox yaxın vaxtlarda baş tutacaq”.

Serbiyanın idman naziri Zoran Qayiçin AZƏRTAC-a müashibəsini buradan oxuya bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью