Azərbaycanlı xanım blogerdən kobud qayda pozuntusu Ayağı göydə... VİDEO

15.11.2024

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanlı xanım bloger sükan arxasında qaydaları pozaraq özünü videoya çəkib.

Bakıvaxtı.az Avtosfer.az-a istinadən xəbər verir ki, Günay Mehdiyeva adlı bloger qeydə aldığı həmin videonu sosial şəbəkə hesabında paylaşıb.

Belə ki, o, idarə etdiyi 77-GM-053 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobillə hərəkət edən zaman təhlükəsizlik kəmərindən istifadə etməyib. Eyni zamanda bir ayağını yuxarı qaldıraraq sükan arxasında düzgün oturmayıb.

Dəfələrlə sürücülərin nəzərinə çatdırmışıq ki, sükan arxasında düzgün oturaraq təhlükəsizlik kəmərindən istifadə etmək lazımdır. Əks halda qəza zamanı sürücü sükana nəzarəti itirə bilər, eyni zamanda daha ağır xəsarətlər ala bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью