Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində çalışan həkim Bəyan Salehian 1 il azadlıqdan məhrum edilib.
Axar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
“Hökumətə qarşı təbliat”da və “sosial mediada yalan məlumatlar yaymaq”da ittiham olunan xanım həkimin elektron əşyalarının müsadirə olunması barədə də qərar çıxarılıb.
Qeyd edək ki, SEPAH-ın kəşfiyyat bölməsinin əməkdaşları Qərbi Azərbaycan əyalətinin Saqqız şəhərindən olan həkimi sentyabrın 27-də mənzilində həbs edib, onun evində axtarış aparıb və şəxsi əşyalarını müsadirə ediblər.