Azərbaycanlı yazıcı: “Mədən əvvəl ayağımı basdırdılar…”

19.07.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl səhhətində ciddi problemlər yaşadığını bildirərək Prezident İlham Əliyevə müraciət edən tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aləmzar Sadıqqızının ayağı amputasiya olunub. 

"Cebheinfo.az" xəbər verir ki, o, bununla bağlı şəxsi “Facebook” hesabında paylaşım edib:

“Məndən əvvəl ayağımı basdırdılar… Anamın yanında…”

Xatırladaq ki, bur neçə gün əvvəl Aləmzar Sadıqqızı  səhhətinin daha da ağırlaşdığını açıqlamışdı.

O, iyulun 14-də ölkə başçısına ünvanladığı açıq məktubda aylardır həkim səhlənkarlığı ucbatından ağır vəziyyətə düşdüyünü iddia edən şair, müalicəsini davam etdirmək üçün maddi imkanının olmadığını və həyatının təhlükə altında olduğunu bildirmişdi. 

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью