Azərbaycanlı yazıçının Rusiyada yeni uğuru

02.06.2025

Icma.az, Modern.az saytına istinadən bildirir.

Rusiyanın paytaxtı Moskva şəhərinin Nekrasov r. Gənc Tamaşaçılar Teatrı azərbaycanlı yazıçı Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” pyesi əsasında hazırladığı eyniadlı tamaşanın premyerasını təqdim edib.
Modern.az xəbər verir ki, premyera mayın 26-da Moskvanın Cənub-Şərqi İnzibati Dairəsinin Mədəniyyət Mərkəzləri Assosiasiyasının 117 saylı kitabxanasında baş tutub. Səhnə əsərinin quruluşçu rejissoru, teatrın rəhbəri,  "Tuarminsky Film Company" kinoşirkətinin təsisçisi Aleksandr Tuarminskidir.

Tamaşa kitabxana ziyarətçiləri tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

Qeyd edək ki, artıq beynəlxalq səviyyədə tanınan “Qarınqulu ayı balası” pyesi 10-a yaxın xarici ölkə teatrında, o cümlədən Gürcüstan və Rusiya teatrlarında səhnəyə qoyulub və tamaşaçılara təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью