Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16 da Səudiyyə Ərəbistanından qayıdacaq

07.06.2025

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarəti iki gün ərzində yekunlaşacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, əsas Həcc ayinləri iyunun 9-da yekunlaşacaq: "Zəvvarlarımızın ilk qrupu iyunun 16-da Vətənə qayıdacaqlar. Birinci qrupla 176 nəfərin gəlməsi nəzərdə tutulub".

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə ilk qrup mayın 25-də yola düşmüşdü.

Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayrılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью