Azərbaycanlı zəvvarların son qrupu Məkkəyə çatıb

31.05.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Azərbaycandan Həccə gedən sonuncu zəvvar qrupu Məkkəyə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-a QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, sonuncu qrupa 122 zəvvar daxildir.

Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayırıb.

Azərbaycanda 6-7 iyun Qurban Bayramı günləri qeyri-iş günü elan edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью