Azərbaycanlı Zidan beynəlxalq turnirin qalibi oldu | Icma.az
Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın gənc boksçusu Zidan Hümbətov (54 kq) Monteneqronun Budva şəhərində keçirilən Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinin qalibi olub.
Fanat.Az xəbər verir ki, o, finalda Aldiyar Bahadurla (Qazaxıstan) döyüşüb.
4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə qələbə qazanan boksçu “Adriatik incisi”nin qalibi olub.
Daha öncə Banuçiçək Nəsirli (48 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) bürünc medala yiyələniblər.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu