Azərbaycanlılar arasında kütləvi dava 7 nəfər BIÇAQLANDI

26.11.2024

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gürcüstanın Bolnisi bölgəsində yaşayan azərbaycanlılar arasında dava düşüb.

Modern.az-ın Gürcüstan KİV-ə istinadən məlumatına görə, Dəllər kəndində baş verən toy zamanı gənclər arasında mübahisə kütləvi davaya çevrilib.

Hadisə zamanı 9 nəfər yaralanıb. Onların 7-si bıçaqlanıb. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb.

Qeyd olunur ki,  bıçaqlanma hadisəsi ilə bağlı polis iki nəfəri həbs edib. Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Cinayət Məcəlləsinin sağlamlığa ağır zərər vurma maddəsi ilə araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью