Azərbaycanlılar avqustda Türkiyədə 92 mənzil alıblar

21.09.2026

Icma.az bildirir, Banco.az portalına istinadən.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan vətəndaşları 2026-cı ilin avqust ayında Türkiyədə 92 mənzil alıblar. Ötən ay azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 7-ci xarici ölkə vətəndaşları olublar. 

Banco.az xəbər verir ki, Türkiyədə avqust ayında xaricilərə mənzil satışları 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,1% artaraq 1 938 ədədə yüksəlib.

Məlumata görə, ötən ay Rusiya Federasiyası vətəndaşları Türkiyədən 343 ev (1-ci) alıb. İkinci ən çox mənzili Ukrayna vətəndaşları (147 mənzil), üçüncü isə İran (140 mənzil) vətəndaşları alıblar.

Qeyd edək ki, azərbaycanlılar 2025-ci ildə Türkiyədə ümumilikdə 944, 2024-cü ildə isə 866 mənzil alıblar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью