Azərbaycanlılar bu ərazidən köçürülür

01.10.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Urmiya gölü ən pis vəziyyətə yaxınlaşıb və bundan irəli gələn fəsadlara görə duz fırtınası başlayıb.

Axar.az xəbər verir ki, bu haqda İranın Su Sənayesi Federasiyasının idarə heyətinin sədri Rza Hacı Kərimi xəbərdarlıq edib.

O, İRNA xəbər agentliyinə verdiyi müsahibədə bildirib ki, duz fırtınası səbəbindən Urmiya gölünə bitişik əyalətlərin boşaldılmasına başlanılıb.

“Bu gün Urmiya gölü komada olan təcili yardım xəstəsi kimidir, bu isə hələ faciənin başlanqıcıdır”, - Hacı Kərimi əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью