Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Son bir həftədə Azərbaycanda internet istifadəçilərinin “Google” də ən çox axtardığı söz “maaş” və “hava” olub.
Yeniavaz.com xəbər verir ki, açıqlananson məlumata görə insanlar axtarış sistemində daha çox “maaş” və “hava” sözünü axtarıblar və bu sözlər üzrə axtarışların sayı 10 mini keçib. Bununla yanaşı, istifadəçilər “polis” və “metro” sözlərini aktiv şəkildə yazaraq hər iki mövzu üzrə 5 mindən çox axtarış ediblər. Eyni zamanda rus dilində “погода завтра” və “погода” sözlərinin hər biri 5 min dəfədən çox axtarışa verilib. Həmçinin 2 min dəfə “socar”, 2 min dəfə də “festival” sözü axtarılıb. “galatasaray – monza”, “yağış”, “карабах – цска софия”, “qarabağ”, “karabağ - çska sofya” kimi sözlər də son bir həftədə ən çox axtarılan sözlər olub.
Elnur Əli