Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, Azərbaycanla İordaniya Haşimilər Krallığı arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə iki ölkənin ümumvətəndaş pasportlarına malik vətəndaşlarının 2026-cı ilin 22 noyabr tarixindən qarşılıqlı viza tələbi ləğv edilib.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Dövlət Miqrasiya Xidmətindən bildirilib.
Yeni qaydalara əsasən, hər iki ölkənin etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları qarşılıqlı olaraq digər ölkənin ərazisinə vizasız daxil ola, oradan çıxa və tranzit keçə, hər 180 günlük müddət ərzində isə 90 gündən artıq olmamaq şərtilə həmin ölkədə qala bilərlər.
Qeyd edək ki, Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti qalan əcnəbilərin Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınması zəruridir.