Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir. Azərbaycanda kriptovalyuta istifadəçilərinin sayı 120 min nəfərə çatıb.
"Cebheinfo.az" xəbər verir ki, Azərbaycanda virtual aktivlərin həcmi isə 2023-cü ildə 4,4 milyard dollara bərabər olub.
Bura kriptovalyuta ilə aparılan əməliyyatlar daxildir. Qeyd edək ki, Azərbaycan bu göstərici ilə Yaxın Şərq və Şimali Afrika ölkələri (MENA)
Siyahıya 130 mlrd. dollarla Türkiyə başçılıq edir. Bəs ölkəmizdə daha çox hansi kriptovalyutaya tələbat yüksəkdir?
Mövzu ilə bağlı kriptovalyuta mütəxəssisi Xətai Avılzadə “Cebheinfo.az”-a açıqlamasında deyib ki, Azərbaycanda memkoinlərə üstünlük verilir: “Daha çox “Doge”, “Shıba”, “Pepe”, “Floki” , “XRP” və “Solana” alınır.
Onların indiki birja qiyməti aşağıdakı kimidir: “Doge” 0,40$, “Shıba” 0,00002$, “Pepe” 0,00002$, “Floki” 0,0002$, “Xrp” 2,48$, “Solana” 217$”.
Mütəxəssis bunun səbəblərini də açıqlayıb: “Bunlara üstünlük ona görə verilir ki, bu koinlərin qiyməti daha tez yüksələcək.
1 dollardan aşağı olan koinin qiyməti 5 dollara qədər yüksələ bilər.