Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda vətəndaşların dövlət xidmətlərinə tələbatını göstərən açıq məlumatlar şəxsiyyət vəsiqəsi, pasport, nikahın qeydiyyatı və digər sənədlərlə bağlı xidmətləri ön plana çıxarır. Bununla yanaşı, kommunal problemlər, yolların vəziyyəti, abadlıq və infrastrukturla bağlı şikayətlər də elektron müraciət sistemləri vasitəsilə aidiyyəti qurumlara çatdırılır.
“Yeni Sabah” xəbər verir ki, “ASAN xidmət”in rəsmi açıqlamaları dövlət xidmətlərinə müraciətlərin müxtəlif istiqamətlərini müqayisə etməyə imkan verir. Portalda xidmət növləri, müraciətlərin sayı, xidmət mərkəzləri, eləcə də vətəndaşların ictimai problemlərlə bağlı müraciətləri üzrə ayrı-ayrı məlumat dəstləri təqdim olunur.
“ASAN xidmət”in rəsmi saytında ən çox müraciət edilən xidmətlər sırasında ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, nikahın qeydə alınması, sürücülük vəsiqələrinin dəyişdirilməsi göstərilir. Bu xidmətlər vətəndaşların şəxsiyyət sənədlərinin rəsmiləşdirilməsi, ailə vəziyyətinin dövlət qeydiyyatına alınması