Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Bu ilin avqustunda Azərbaycanda bütün qurğular üzrə “Chrome” brauzeri liderliyini qoruyub.
“Yeni Sabah” “Statcounter” agentliyinə istinadən xəbər verir ki, həmin ay brauzerin ölkə üzrə ümumi bazar payı 80,48 % təşkil edib. Bu göstərici iyulla müqayisədə 0,22 faiz bəndi azalsa da, keçən ilin avqustu ilə müqayisədə 1,7 faiz bəndi çoxdur.
İkinci sırada 7,45 %-lik payla “Safari” (aylıq +0,35 f.b., illik -2,03 f.b.), üçüncü sırada isə 4,82 % göstərici ilə “Firefox” (aylıq +0,11 f.b., illik +3,89 f.b.) qərarlaşıb. Sıralamanı 3,67 % payla "Samsung Internet" (aylıq -0,99 f.b., illik +0,02 f.b.) və 1,91 % payla "Edge" (aylıq +0,58 f.b., illik -0,04 f.b.) tamamlayır. Dominos pizza
Ayrı-ayrı platformalar üzrə aparıcı brauzerlərin ilk beşliyi:
Kompüterlərdə: “Chrome” - 83,13 % (aylıq +1,76 f.b., illik +0,81 f.b.), “Firefox” -8,71 % (aylıq -1,14 f.b., illik +6,61 f.b.), “Edge”- 3,93 % (aylıq +0,45 f.b., illik -1,88 f.b.), “Samsung Internet” - 1,72 % (aylıq -0,91 f.b., ötən il payı olmayıb), “Opera”- 1,11 % (aylıq -0,4 f.b., illik -2,66 f.b.).
Mobil cihazlarda: “Chrome”- 78,03 % (aylıq -2,26 f.b., illik +0,92 f.b.), “Safari” -13,51 % (aylıq -2,59 f.b., illik +0,77 f.b.), “Samsung Internet” - 5,48 % (aylıq -0,38 f.b., illik +0,03 f.b.), “Firefox” - 1,26 % (aylıq -0,45 f.b., illik +0,88 f.b.), “Opera”- 0,98 % (aylıq +0,29 f.b., illik -1,14 f.b.).
Planşetlərdə: “Chrome”- 82,81 % (aylıq -1,65 f.b., illik +7,76 f.b.), “Safari”- 8,36 % (aylıq +2,11 f.b., illik -6,98 f.b.), “Android” -3,5 % (aylıq -0,59 f.b., illik -3,63 f.b.), “Samsung Internet” - 3,13 % (aylıq -0,59 f.b., ötən il payı olmayıb), “Yandex Browser” - 0,35 % (aylıq +0,16 f.b., illik -1,14 f.b.).