Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın “AnewZ” kanalı parlamet seçkisindən sonra İrəvan küçələrində sorğu keçirirb.
“Cebheinfo.az” xəbər verir ki, “Sputnik Armenia” Milli Təhlükəsizlik Xidməti ilə əlaqə saxlayaraq Azərbaycan jurnalistlərinin və ya vətəndaşlarının Ermənistana necə getdiyini soruşub.
Agentlik cavab olaraq bildirib, xarici jurnalist yalnız Xarici İşlər Nazirliyinin akkreditasiyası ilə Ermənistanda peşəkar fəaliyyət göstərmək hüququna malikdir.
"Milli Təhlükəsizlik Xidmətində olan məlumata görə, “AnewZ” xəbər şirkəti nə Ermənistan Respublikası Xarici İşlər Nazirliyindən akkreditasiya üçün müraciət edib, nə də müvafiq icazə alıb", - deyə MTX “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq bildirib.
Qurum, həmçinin qeyd edib ki, açıq mənbələrə görə, “AnewZ”-in heyətinə müxtəlif ölkələrin vətəndaşları və müxtəlif millətlərin nümayəndələri olan jurnalistlər daxildir.
Azərbaycan vətəndaşlarının Ermənistana sərbəst şəkildə daxil olub-olmadığı soruşulduqda, MTX bunun “Əcnəbilər haqqında” Qanunla tənzimləniyini deyib:
“Qanunla və ya Ermənistanın beynəlxalq müqavilələri ilə başqa hal nəzərdə tutulmayıbsa, digər ölkələrin vətəndaşları respublikaya etibarlı pasport və giriş vizası, yaşayış statusunu təsdiq edən sənəd və ya MTX-nin icazəsi ilə daxil olmaq hüququna malikdirlər”.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin