Azərbaycanlılar ötən ay Türkiyədə 75 mənzil alıblar

19.06.2025

Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan vətəndaşları 2025-ci ilin may ayında Türkiyədə 75 mənzil alıblar. Ötən ay azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 6-cı xarici ölkə vətəndaşları olublar. 

Banco.az xəbər verir ki, Türkiyədə may ayında xaricilərə mənzil satışları 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,2% azalaraq 1 771 ədədə enib.

Məlumata görə, ötən ay Rusiya Federasiyası vətəndaşları Türkiyədən 274 ev (1-ci) alıb. İkinci ən çox mənzili İran vətəndaşları (133 mənzil), üçüncü isə Almaniya (127 mənzil) vətəndaşları alıblar.

Qeyd edək ki, azərbaycanlılar 2024-cü ildə isə Türkiyədə ümumilikdə 866 mənzil alıblar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью