Azərbaycanlılar ötən il Türkiyədə nə qədər mənzil alıblar?

23.01.2025

Icma.az bildirir, Banco.az portalına istinadən.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan vətəndaşları ötən ilin dekabr ayında Türkiyədə 110 mənzil alıblar. Ötən ay azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 6-cı xarici ölkə vətəndaşları olublar. 

Banco.az xəbər verir ki, Türkiyədə dekabr ayında xaricilərə mənzil satışları 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17,2% artaraq 2 min 437 ədədə yüksəlib.

Məlumata görə, ötən ay Rusiya Federasiyası vətəndaşları Türkiyədən 438 ev (1-ci) alıb. İkinci ən çox mənzili İran vətəndaşları (239 mənzil), üçüncü isə Ukrayna (181 mənzil) vətəndaşları alıblar.

Qeyd edək ki, azərbaycanlılar 2024-cü ildə Türkiyədə 866 mənzil alıblar. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью