Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Bir sıra dövlət qurumları da öz daxili proseslərində süni intellektdən istifadə edirlər" Süni intellekt iş əmsalının artırılmasında, istehsalatda vaxta, enerji resurslarına və büdcə vəsaitlərinə qənaət etmə və sair baxımdan əvəzolunmaz texnologiyadır.
Süni intellekt inkişaf etmiş ölkələr başda olmaqla dünyada geniş tətbiq olunur.
Bu sahədə kifayət qədər uğurlu beynəlxalq təcrübə mövcuddur və bizə qalan ondan yararlanmaqdır.
Dünyadakı müasir trendlərdən kənar qalmayan Azərbaycan üçün bu texnologiyaların inkişaf etdirilməsi vacibdir.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən “İNMerge İnnovasiya Sammiti”ndə çıxışı zamanı universitetlərin 70 faizində süni intellekt tədris olunacağını bildirmişdi.
Nazir rəqəmsal texnologiyalar üzərində çalışmaların davam etdiyini qeyd edərək dövlətin də bu sahənin inkişafında maraqlı olduğuna diqqət çəkmişdir.
Bəs görəsən bu istiqamətdə Azərbaycanda real vəziyyət necədir? Azərbaycanlılar süni intellektin imkanlarından necə istifadə edir?