Azərbaycanlılara niyə üç ay vaxt verilir? Gərək 250 milyondan çox insana güzəşt edək | Icm…
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan və Gürcüstan qonşu ölkələr olsalar da, vətəndaşların hərəkəti ilə bağlı qanunlarda fərqlər mövcuddur.
Belə ki, Gürcüstan Azərbaycan vətəndaşlarına bir il müddətinə vizasız ölkədə qalmaq hüququ verir.
Lakin Gürcüstan azərbaycanlıları Azərbaycana gələndə cəmi üç ay ərzində miqrasiya qeydiyyatı olmadan qala bilərlər.
Bu müddət bitdikdən sonra isə onlar da digər əcnəbilər kimi, sənədləşmə prosesindən keçməlidirlər.
Bununla bağlı Oxu.Az-a vətəndaş müraciəti daxil olub və sual olunur ki, niyə doğma vətəninə qayıdan soydaşlarımız ingilis, alman və ya hər hansı digər əcnəbi kimi 20-yə yaxın sənəd toplayıb miqrasiya qeydiyyatından keçməlidirlər?
Məsələyə aydınlıq gətirməyə çalışdıq. Maraqlıdır, xarici ölkələrin vətəndaşı olan soydaşlarımızın burada, heç olmasa, bir il qeydiyyatsız qa
Milli Məclisin deputatı Elçin Mirzəbəyli Oxu.Az-n sorğusuna cavab olaraq bildirdi ki, belə bir qanunun qəbul edilməsi mümkün deyil.
Tam oxu
Xəbəri oxu