Azərbaycanlıları öldürən rus polislər KONKRET

28.01.2026

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yekaterinburqda azərbaycanlıların həbsində iştirak edən Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (MCMİ) əməkdaşları təltif ediliblər. 

KONKRET.az “Unikal” xəbər verir ki, mərasim Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin geniş kollegiya iclası zamanı baş tutub.

Tədbirdə Prezidentin Ural Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Artem Joqa, Sverdlovsk Polis İdarəsinin rəisi Aleksandr Meşkov, bölgənin baş prokuroru Boris Krılov və digər yüksək vəzifəli qonaqlar iştirak ediblər.

Qeyd edək ki, ötən il Rusiyanın Yekaterinburq şəhərində 50 azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hadisə nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları, həmçinin onların əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov öldürülüblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью