Azərbaycanlıların 31 mart soyqırımını unutmadıq, unutdurmayacağıq Türkiyə MN

31.03.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Milli Müdafiə Nazirliyinin "X" sosial media hesabında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib.

525.az xəbər verir ki, paylaşımda deyilir:

"Tarixə qara ləkə kimi düşən bu acı dolu günlərdə erməni silahlı dəstələri tərəfindən minlərlə günahsız azərbaycanlı amansızcasına qətlə yetirilib. Qardaşlarımıza qarşı törədilən soyqırımı unutmadıq, unutmayacağıq və unutdurmayacağıq! Şəhidlərimizi rəhmət, minnətdarlıq və ehtiramla yad edirik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью