Azərbaycanlıların da çox getdiyi bu şəhərdə xəstəlik baş alıb gedir | Icma.az
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son günlər Türkiyənin Alanya bölgəsində uşaqlar arasında qəribə xəstəlik sürətlə yayılır.
Milli.Az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
Əl-ayaq xəstəliyinə yoluxma halları xüsusilə məktəblilərdə tez-tez rast gəlinir və gigiyena qaydalarına əməl olunmayan şəraitdə asanlıqla yayıla bilir.
Valideynlər artıq uşaqlarını məktəbə göndərməkdə tərəddüd edirlər.
Bu vəziyyət Alanya sakinləri arasında narahatlığın daha da artmasına gətirib çıxarıb.
Bu xəstəlik yüksək hərarət, ağızda yaralar və əl-ayaq nahiyələrində səpgilər ilə özünü büruzə verir.
Həmçinin, immuniteti zəif olan uşaqlar xəstəliyə qarşı daha həssasdır.
Tam oxu
Xəbəri oxu