Azərbaycanlıların ən çox getdiyi 5 ÖLKƏ

10.09.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanlıların xaricə səyahət marağı ildən-ilə artır. İstər istirahət, istər alış-veriş, istərsə də təhsil və iş məqsədilə ölkə vətəndaşları müxtəlif istiqamətlərə üz tuturlar. Bəs azərbaycanlıların xaricə səfərlərində ən çox üstünlük verdiyi ölkələr hansılardır?

Statistika Komitəsi Modern.az-ın sorğusuna cavab olaraq 2026-cı ilin yanvar-iyul ayında vətəndaşlarımızın ən çox səfər etdiyi ölkələri açıqlayıb:

"2026-cı ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1160,1 min nəfər olub. Vətəndaşlarımızın 42,7 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çox), 15,9 faizi Rusiya Federasiyasına (1,3 faiz az), 12,4 faizi Gürcüstana (8,0 faiz çox), 5,8 faizi İrana (36,3 faiz az), 23,2 faizi isə digər ölkələrə (4,1 faiz az) gedib", - deyə qurumun cavabında bildirilib.

Nicat Rüstəm

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью