Azərbaycanlıların ən çox getdiyi ölkələr SİYAHI

24.11.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azalaraq 1 milyon 740,4 min nəfər təşkil edib.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkələr aşağıdakılardır:
- Türkiyə – 43,7 faiz;
- Rusiya – 14,6 faiz;
- Gürcüstan – 13,2 faiz;
- İran – 4,9 faiz;
- Digər ölkələr – 23,6 faiz.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə Gürcüstana gedən azərbaycanlıların sayı 19,2 faiz, Türkiyəyə gedənlərin sayı 2,2 faiz artıb. İrana səfər edənlərin sayı isə 47,9 faiz, Rusiyaya gedənlərin sayı 1,9 faiz azalıb.

Xaricə səfər edən Azərbaycan vətəndaşlarının 64,3 faizini kişilər, 35,7 faizini qadınlar təşkil edib.

Hesabat dövründə ölkəmizə dünyanın 195 ölkəsindən 2 milyon 80,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz azalıb.

Azərbaycana ən çox Rusiya (26,6 faiz), Türkiyə (19,4 faiz), İran (7,6 faiz), Gürcüstan (4,9 faiz) və Qazaxıstandan (4,6 faiz) gələnlər olub.

Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 9,9 faiz, MDB ölkələrindən gələnlərin sayı 5,5 faiz artıb. Körfəz ölkələrindən gələnlərin sayında isə 31,5 faiz azalma qeydə alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью