Azərbaycanlıların ən çox istifadə etdiyi aeroportlarla bağlı xoşagəlməz xəbər

24.04.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Britaniyanın AirAdvisor təşkilatı baqajların ən çox itdiyi və oğurlandığı hava limanlarının siyahısını tərtib edib. Siyahı mediada yer alan xəbərlər, sosial şəbəkə məlumatları və rəsmi şikayətlər əsasında tərtib edilib. 

Avtosfer.az xəbər verir ki, siyahıda Azərbaycan vətəndaşlarının müntəzəm istifadə etdiyi aeroportlar da yer alır. Qara siyahıda "liderlik" Londonun Hitrou aeroportina aiddir. Növbəti yerdə Parisin Şarı de Qol hava limanı gəlir. 
İlk onluqda sıralama ilə aşağıdakı aeroportlar da yer alır:
1. London Hitrou,
2. Paris, Şarl de Qol,
3. Dubay beynəlxalq Aeroporu, BƏƏ,
4. İstanbul, Türkiyə,
5. Frankfurt Almaniya,
6. Sxiphol Amsterdam, Niderland,
7. Şanqi, Sinqapur,
8. Barselona El Prat, İspaniya,
9. Sabiha Gökcən, İstanbul,
10. Sidney, Avstraliya.

Sidney və Şanqi istisna olmaqla bütün aeroportlardan azərbaycanlılar müntəzəm istifadə edirlər.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью