Azərbaycanlıların gəmilərinə kim zərbə endirib? Video

05.06.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, azərbaycanlıların idarə etdiyi “Natra” və “Zirkon” yük gəmilərinə dron hücumu baş verib. Nəticədə 5 azərbaycanlı ölüb, 3 nəfər yaralanıb. Yaralılar Rusiyanın Yeysk şəhər xəstəxanasına yerləşdirilib.

Axar.az xəbər verir ki, Teleqram kanallarında hücumun Ukrayna ordusu təırəfindən həyata keçirildiyi bildirilir. İddia edilir ki, gəmilərə Ukraynanın işğal edilmiş Mariupol və Berdyansk limanlarında (Azov dənizi) hücum edilib.

Yük gəmilərinin Ukraynanın işğal edilmiş limanlarından hansı yükü götürdiyi və yaxud götürmək istədiyi açıqlanmır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью