Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
123 kuzov “Mercedes”in 50 yaşı tamam olur.
Avtosfer.az xəbər verir ki, bu model 1976-cı il yanvarın sonlarında təqdim edilib. Satışa çıxdığı andan avtomobil populyarlıq qazanıb. Maşın taksidən tutmuş yüksək ranqlı dövlət məmurlarının daşınmasınadək çox sahədə xidmət edib.
Sözügedən model 10 il ərzində 2,7 milyon ədəd istehsal edilib və bu gün də dünya yollarında rast gəlinir. Xüsusən də Afrikada taksi qismində.
Azərbaycanlılar bu avtomobili ilk dəfə 1980-ci il Olimpiadasında gördülər.
O vaxt kapitalist Almaniyası (AFR) ilə münasibətləri yaxşılaşdırmaq üçün SSRİ bu maşından təxminən 300 ədəd almışdı. Maşın əsasən taksidə xidmət edirdi, bir qismi isə milisə verilmişdi. Olimpiada başa çatdıqdan sonra vəzifəli şəxslər maşınları öz aralarında bölüşdürdülər.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəyə ilk gətirilən maşınların əksəriyyəti elə 123 kuzov “Mercedes” oldu. O vaxt bu texnika ikinci əl avtomobil kimi alınaraq gətirilirdi. Lakin, normal texniki xidmət və ehtiyat hissələri olmadığı üçün avtomobili alanlar çox istifadə edə bilmədilər. Maşınların böyük hissəsi ömrünü metal tullantısı kimi başa vurdu. Buna görə də indi ölkəmizdə 123 kuzov “Mercedes”lərə ancaq kolleksiyada rast gəlinir.
PS. Bu maşın “Bəxt üzüyü” filmində rol alır.
Vüqar
Oxunub 50