Azərbaycanlıların olduğu gəmi dronla vuruldu

27.08.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub.

Axar.az xəbər verir ki, bu barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyi məlumat yayıb.

Bildirilib ki, hadisə avqustun 25-də baş verib. Liberiya bayrağı altında üzən, "Statu Dənizçilik" şirkətinə məxsus "STAR-2" quru yük gəmisi Tuapse limanını tərk edərkən dron hücumuna məruz qalıb.

Məlumata görə, gəminin göyərtəsində 15 azərbaycanlı və 4 türkiyəli dənizçi olub. Hücum nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью