Azərbaycanlıların qəbirlərini dağıdan erməniləri hansı cəza gözləyir? | Icma.az
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanda yerli xalqa, yəni Qərbi azərbaycanlılara məxsus olan dini və milli-mədəni abidələrin ermənilər tərəfindən dağıdılıb, məhv edilməsi sirr deyil.
Təbii ki, ermənilərin burada əsas məqsədi həmin məmləkətin Qərbi azərbaycanlılara aid olmadığını göstərmək olub.
Yəni gələcəkdə bu torpaqların azərbaycanlılara aid olmadığını sübut edə bilsinlər.
Buna görə də davamlı olaraq həmin mədəni, dini, milli abidələrimiz, bir sözlə - azərbaycanlılara aid nə varsa məhvə məhkum olub.
Bu həm də onu göstərir ki, ermənilər özləri də bu abidələrin azərbaycanlılara məxsus olduğunu bildikləri üçün belə vəhşi addımlar atıblar.
Hətta bu cinayətlər elə qeyri-insani hal alıb ki, mənfur düşmən azərbaycanlıların dəfn olunduqları qəbiristanlıqları belə yer üzündən silib.
Bunun nəticəsidir ki, bu gün Qərbi azərbaycanlılara məxsus 600 qəbiristanlıqdan cəmi ikisi salamat qalıb.
Tam oxu
Xəbəri oxu