Azərbaycanlıların yaşadığı ərazidə İNSİDENT: 8 nəfər bıçaqlandı

26.11.2024

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunda gənclər arasında baş verən qarşıdurma zamanı 8 nəfər bıçaqlanıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, gənclər Dəllər və Darvaz kəndlərinin sakinləri olub.

Hadisə 24 noyabr axşamı Dəllər kəndində keçirilən toyun yaxınlığında baş verib.

Məlumata görə, gənclər arasında başlayan dava daha sonra böyüyüb. Nəticədə, 6 nəfər Dəllər kəndindən, 2 nəfər isə Darvaz kəndindən olan gənc bıçaqlanıb. Məlumata əsasən, onlardan ikisinin vəziyyəti ağır olub, biri reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı polis artıq hərəkətə keçib və bir neçə nəfərin saxlanıldığı bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью