Azərbaycansız keçinə bilmərik Razuvayev

30.10.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya-Azərbaycan münasibətləri, ümumilikdə, bir çox çətin sınaqdan keçərək öz dayanıqlığını və ən əsası, potensialını sübut edib. Azərbaycan bu gün Rusiya üçün Cənubi Qafqazda ən şəffaf tərəfdaşdır.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Razuvayev Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanla tərəfdaşlığa verdiyi qiyməti şərh edərkən deyib.

“Vladimir Vladimiroviç heç nəyi səbəbsiz demir. Siyasətdə hər bir bəyanatın əhəmiyyəti var, xüsusilə də söhbət xarici əlaqələrdən gedirsə. Müasir dövrdə konstruktiv, mövqeyi aydın olan tərəfdaşlara malik olmaq və onlarla qarşılıqlı faydalı münasibətləri inkişaf etdirmək son dərəcə vacibdir. Energetika sahəsində Azərbaycanla rəqib deyilik, əksinə, bu istiqamətdə əməkdaşlıq qura bilərik. Rusiyanın islam və türk dövlətləri ilə yaxşı münasibətləri var. Azərbaycan isə həm qonşu, həm də Rusiya ilə tarixi əlaqələrə malik dövlət kimi bu ölkələr arasında mühüm yer tutur. Bu yaxınlarda Türkmənistanda MDB dövlət başçılarının sammiti keçirilib. Sammitdə Azərbaycan da bu təşkilatın gücləndirilməsinin vacibliyini vurğulayıb. 2028-ci ildə Azərbaycan təşkilata sədrliyi öz üzərinə götürəcək. Azərbaycanla tərəfdaşlığımız uzunmüddətli perspektivdə həm iqtisadiyyat, həm də təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Çoxqütblü dünya qurmaq mövzusuna dair ortaq anlayışımız vacibdir. Ümid edirəm ki, gələcəkdə vahid Avrasiya bazarı formalaşacaq. Və biz burada Azərbaycansız keçinə bilmərik. Azərbaycanın Avrasiyada əhəmiyyəti yalnız artır”, - o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью