AzərbaycanTürkiyə sərhədkeçid məntəqəsində yaranan sıxlığın səbəbi AÇIQLANDI | Icma.az
Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Son günlər Azərbaycan-Türkiyə dövlət sərhədində qonşu ölkəyə gedən yük nəqliyyat vasitələrinin sıxlığı yaranıb.
Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, sıxlığın səbəbi Türkiyənin “Dilucu” sərhəd-keçid məntəqəsində Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) proqram təminatının yeni mərhələsinin tətbiqi ilə əlaqədardır.
“Sürücülərdən mövcud vəziyyəti nəzərə almaları xahiş olunur.
Hazırda “Sədərək” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yaxın günlərdə nəqliyyat vasitələrinin sürətli keçidi tam təmin olunacaq”, – deyə DGK-nın məlumatında bildirilir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu