AzərbaycanTürkiyə təlimi davam edir FOTO

26.11.2024

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Türkiyə Respublikasının Marmaris şəhərinin Aksaz dəniz bazasında Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə keçirilən “SAT-SAS-2024” birgə təlimi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, plana əsasən, təlimin növbəti günündə dəniz xüsusi təyinatlı bölmələri quru ərazidə şərti düşmən arxasına helikopterdən enmə zamanı dairəvi mühafizə və müdafiənin təşkili üzrə tapşırıqları praktiki yerinə yetiriblər.

“Təlim zamanı hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların icrasında yüksək peşəkarlıq nümayiş etdiriblər”, - deyə məlumatda bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью