Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Elə bir ay yoxdur ki, mobil operatorlar heç bir səbəb olmadan qiymətləri qaldırmasınlar.
İndi isə “Azercell” daha da irəli gedərək 1 fevral 2025-ci il tarixindən etibarən aylıq 2 AZN-lik limit tətbiq edəcək yəni abunəçilər hər ay balanslarına məcburi qaydada 2 AZN vəsait yükləməlidirlər.
Əgər 2 AZN-dən az vəsait yüklənilsə və ya balansa ümumiyyətlə vəsait yüklənilməsə, 2 AZN xidmət haqqı tətbiq ediləcək və “Azercell2 abunəçinin balansından 2 AZN siləcək.
Bu barədə AFN.az-a ünvanladığı müraciətdə Sumqayıt şəhər sakini İlkin Məmmədkərimov bildirib.
Oxucumuz hesab edir ki, “Azercell”in bu qərarı oğurluqdur: “Abunəçinin razılığı olmadan mobil operatorun nə ixtiyarı var balansından vəsait silsin?
Yaxud abunəçiyə zorla hər hansısa paket versin? Bu, istehlakçı hüquqlarının pozulmasıdır.
Bu absurd qayda digər mobil operatorlarda bu ilin fevral və may ayından var, amma onlarda heç olmasa balansdan silinən 2 AZN müqabilində şəbəkədaxili dəqiqələr və internet paketi verilir.