Azercell 4.90 lıq internet paketini 12 manata qaldırıb?

27.01.2026

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azercell istifadəçisi Rüstəm Yariyev mobil operatorun tətbiqi və internet paketlərinin yenilənməsi ilə bağlı narazılıq edib.

Onun sözlərinə görə, Azercell-in tətbiqində çat xidməti stabil işləmir – istifadəçi çatdan çıxıb geri qayıtdıqda yazışma itir və yenidən müraciət etmək məcburiyyətində qalır.

Şikayətdə diqqət çəkən əsas məqam isə tariflə bağlıdır. Bildirilir ki, ötən ay istifadəçiyə 4.90 manatlıq “Digimax 5 GB” internet paketi təklif olunub və aktivləşdirilib. Lakin cari ay eyni paketi yeniləmək istədikdə tətbiqdə 12 manat məbləğ göstərilib.

Məsələni aydınlaşdırmaq üçün bir neçə dəfə çat və operator vasitəsilə müraciət edilsə də, qiymət fərqi ilə bağlı konkret izahat verilmədiyi qeyd olunur. İstifadəçi bildirir ki, balansında kifayət qədər vəsait olsaydı, əvvəlcədən razılaşdırılmadan daha yüksək məbləğin tutulması ehtimalı yaranacaqdı.

Qeyd edək ki, tarif dəyişiklikləri və fərdi paket təklifləri barədə istifadəçilərin əvvəlcədən aydın şəkildə məlumatlandırılması istehlakçı hüquqları baxımından mühüm hesab olunur.

Məsələ ilə bağlı Azercell-in rəsmi mövqeyi açıqlanmayıb.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью