Azercell: Asan İmza fəaliyyətini bərpa edib

04.03.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Asan İmza"nın tam normal əsaslarla istifadə edilməsi imkanı təmin edilib.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Azercell-dən bildirilib:

""Asan İmza" xidmətində bəzi əməliyyatların keçməsində müəyyən gecikmələr müşahidə olunurdu. Tərəfimizdən xidmətin fəaliyyətini təmin edən aidiyyəti qurumlar, tərəfdaş və xidmət təchizatçıları ilə dərhal əlaqə saxlanılıb. Görülmüş zəruri tədbirlər nəticəsində hazırda xidmətdən tam normal əsaslarla istifadə edilməsi imkanı təmin edilmişdir" - deyə açıqlamada qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью