Azercell dən sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı açıqlama

04.02.2026

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Nəzərinizə çatdırırıq ki, sosial şəbəkələrdə "Azercell Telekom” MMC adından saxta paylaşımlar edilərək dəyərindən aşağı qiymətə müxtəlif internet paketləri, tariflər və s. xidmətlər təklif olunur. Saxta təkliflərdən yararlanmaq istəyən şəxslərdən bank kartı məlumatlarının daxil edilməsi tələb edilir, nəticədə həmin məlumatlar ələ keçirilir və dələduzlara inanmış şəxslər maliyyə itkiləri ilə qarşılaşırlar.

Bildiririk ki, qeyd olunan halların Azercell ilə heç bir əlaqəsi yoxdur və bu cür hadisələrlə qarşılaşdığınız halda hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik.

Qeyd edilənləri nəzərə alaraq Azercell abunəçilərini aşağıdakı təhlükəsizlik qaydalarına riayət etməyə çağırır:

- Qeyri-rəsmi səhifələrdə edilən təkliflərə diqqətlə yanaşın;

- Saytlarda bank kartı məlumatlarını daxil etməzdən əvvəl saytın və ünvanın Azercell-ə aid olmasını və rəsmi sayt olduğunu yoxlayın;

- Naməlum şəxslərdən gələn zəng və ya SMS-lər əsasında ödənişlər etməyin;

- Azercell adından gələn zənglərə diqqətlə yanaşın və şübhəli hallarda məlumatları dəqiqləşdirin;

- Etibar etmədiyiniz mənbələrlə şəxsiyyət vəsiqəsinin məlumatlarını paylaşmayın;

- Şübhəli məzmunlu internet saytlardan istifadə etməyin və orada keçirilən müxtəlif oyun, müsabiqə, yarış, həvəsləndirici vədlər verən digər tədbirlərdən istifadə etməyin;

- SMS və ya "WhatsApp” mesajlarında göndərilən şübhəli linklərə keçid etməyin;

- Etibar doğurmayan internet resurslarından istifadə etməyin;

- Naməlum şəxslər tərəfindən edilən saxta nömrə, xidmət təklifləri və məlumat sorğularına qarşı diqqətli olun.

Azercell öz abunəçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə rəsmi kanallardan və səhifələrdən istifadəni tövsiyə edir:

-www.azercell.com

-azercellim.com

-Azercell Eksklüziv mağazaları və Azercell-in rəsmi diler şəbəkəsi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью