Azercell in “1 manat 1 gün” prinsipi dəyişməyib, qüvvədədir | Icma.az
Icma.az, Azpost portalına istinadən məlumat yayır. Azercell-in “1 manat – 1 gün” prinsipi dəyişməyib, qüvvədədir.
Azercell müştəri xidmətinin rəhbəribnin açıqlamasına baxdım. Sadəcə ağlasığmazdır.
Bir dövlət şirkətinin müştəri xidmətinin rəhbəri vətəndaşların ziyanına olan, onları daha çox xərcləməyə, daha çox balans yükləməyə səbəb ola biləcək bir prosesi “sərfəli” bir addım olaraq dəyərləndirir.
Azercell –in yeni tarif siyasəti nə təklif edir ? Bir daha təkrar etməyi özümə borc hesab edirəm ki, əvvəllər 1 manat, 2 manat və s.
ödəməklə günlərlə, həftələrlə və aylarla danışmaq dövrü 1 iyuldan bitir.
Azercell rəsmisi açıq-aşkar bildirir ki, hansısa tarifdə olub onu yeniləyə bilməyən, ondan az balansa pul yükləyən elə həmin məbləğə uyğun sayda gün ərzində danışa biləcək.
Yəni tutaq ki, siz 5 manatlıq paketdəsiniz, əgər növbəti ayda 5 manatı ödəyib paketi yeniləsniz telefon xəttiniz hər iki istiqamətdə 30 gün açıq olacaq.
Amma, əgər balansda 3 manatınız qalıbsa, paketi yeniləyə bilmirsinizsə, 1 manat yükləyirsinizsə siz ancaq 1 gün danışa biləcəksiniz.
Tam oxu
Xəbəri oxu