Azercell internet tariflərini artırdı İqtisadçı əsasları şübhə altına aldı

26.01.2026

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

 Ümumiyyətlə internet qiymət artımı hətta turist gəlişinə də qismən də olsa təsir edir

Mobil Operator Azercell yenə qiymət artımına gedib. Dəyişikliklər fevralın 25-dən etibarən tətbiq olunacaq və “Biznesim” tarif paketləri üzrə qiymətlər də 2 manata qədər artırılacaq.

Bu barədə “Sherg.az”a iqtisadçı Rauf Qarayev məlumat verib. R.Qarayev bildirdi ki, fevralın 25-dən sonra “Biznesim 3GB” tarifi “Biznesim 4GB”, “Biznesim 6GB” tarifi “Biznesim 8GB”, “Biznesim 9GB” tarifi "Biznesim 12GB”, “Biznesim 15GB” tarifi "Biznesim 20GB” və “Biznesim 55GB” tarifi "Biznesim 60GB” adlanacaq: 

- Qiymətlər isə müvafiq olaraq 14 manatdan 15 manata, 19 manatdan 21 manata, 24 manatdan 26 manata, 34 manatdan 36 manata və 54 manatdan 56 manata artırılıb.

Daha əvvəl isə bu tarif paketləri üzrə qiymətlər 2024-cü ildə artırılmışdı.

Əvvəllər “Biznesim” tarif paketləri üzrə qiymətlər bir qədər aşağı olub. 2024-cü ilin mart ayına qədər “Biznesim 1GB”, “Biznesim 3GB”, “Biznesim 5GB”, “Biznesim 10GB” və “Biznesim 50GB” tarif paketləri mövcud olub ki, onların da qiymətləri müvafiq olaraq 12 manat, 17 manat, 22 manat, 32 manat və 52 manat təşkil edib.

Beləliklə, “Azercell Telekom” son illər “Biznesim” tarif paketləri üzrə internet həcminin genişləndirilməsi ilə yanaşı bir neçə dəfə qiymət artımı tətbiq edib. 

İqtisadçı bildirdi ki, qiymət artımı üçün iqtisadi əsaslar olmalıdır:

- Məsələn, ya xərclər artır (xam mal, logistika, əməkhaqqı), məhsula tələbat artır (mal gec tapılmır, deficit yaranır), yaxud infilyasiya, rəqiblərin hərəkəti, bazarda yüksək qiymətli brend mal olduğu adını saxlamaq üçün, qanunda olan dəyişkliyi nəticəsində (məsələn, vergilərin artımı). Sual olunur bunlar baş veribmi? Azərcell bunlara cavab verməlidir. Ümumiyyətlə internet qiymət artımı hətta turist gəlişinə də qismən də olsa təsir edir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью